YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağalar Vəliyevin seçicilərlə görüşləri uğurla davam edir (VİDEO)

Yeni Azərbaycan Partiyasından 97 saylı Goranboy -Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatlığına namizədi Ağalar Vəliyevin Goranboy, Ağdam və Tərtər rayonlarının müvafiq qəsəbə və kəndlərində seçki qabağı təbliğat və təşviqat işləri uğurla davam etdirilir və seçicilərlə mütəmadi görüşlər keçirilir.

Görüşlərdə yerli Seçki Qərargahının üzvləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri iştirak edirlər. Seçicilərlə görüşlərdə deputatlığa namizəd Ağalar Vəliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycanın sosial iqtisadi strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində son 16 il ərzində müasir həyatımızın bütün sahələrində əldə olunan yüksək nailiyyətlər, adı çəkilən rayonlarda həyata keçirilən quruculuq və abadlıq işləri xüsusi vurğulanır.

 Həmçinin, ölkə rəhbərliyinin uğurlu dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığı və 2019 -cu ildə xalqımlzın rifahının yüksəldilməsinə yönələn iki böyük sosial paket əsasında təqaüdlərin, müavinətlərin və əmək haqlarının artırılması və dövlət həyatının bütün sahələrində köklü institusional islahatların mahiyyəti qeyd olunub.
Ağalar Vəliyev seçicilərlə səmimi şəraitdə keçən görüşlərində 2015-2019 -cü illərdə millət vəkili kimi gördüyü işlər barədə və deputat seçiləcəyi təqdirdə görəcəyi işlər haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Görüşlərdə çıxış edən çoxsaylı seçicilər, seçki dairəsinin ərazisində yaşayan ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri isə Yeni Azərbaycan Partiyasının namizədi olan Ağalar Vəliyevə fevralın 9 -da keçiriləcək Milli Məclisə seçkilərdə səs verəcəklərini bildiriblər.