YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputatlığa namizəd Kamilə Əliyeva Balakənin Katex və Mahamalar kəndlərində seçicilərlə görüşüb

Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonu Katex kəndində şəhid Rövşən Laçınovun ailəsi ilə görüşüb. Şəhidin anası Əminət İbrahimova K.Əliyevaya  şəhidin döyüş yolundan, onun döyüş yoldaşları ilə olan xatirələrindən danışıb.

Deputatlığa namizəd Kamilə Əliyeva ailənin problemləri ilə maraqlanıb, bundan sonra da bütün şəhid ailələri kimi bu ailəni də diqqətdə saxlayacağına əmin edib.

Növbəti görüş şəhid İbrahim Tinətiyevin ailəsində olub. Şəhidin atası Əli Tinətiyev ölkə Prezidentinin şəhid ailələlərinə diqqət və qayğısından söz açıb. Ailə vəziyyəti barədə deputatlığa namizədə məlumat verib. Şəhid ailəsi bir daha əmin edilib ki, bundan sonra da cənab Prezidentin apardığı siyasəti dəstəkləyərək onların yanlarında olacaqlar.

Sonra deputatlığa namizəd Katex kəndinin bir qrup seçiciləri ilə görüşüb. 

Daha sonra isə  rayonun Mahamalar kəndində seçicilərlə görüş keçirilib.

Görüşlərdə seçicilər bəyan ediblər ki, 9 fevral seçkilərində Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklər.