YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşü davam edir

67 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasının namizədi Malik Həsənovun təbliğat-təşviqat kampaniyası çərçivəsində  seçicilərlə görüşü davam edir.

Görüşü YAP  rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açıb, seçicilərə Yeni Azərbaycan Partiyasının ölkəmizin  ictimai-siyasi həyatındakı uğurları barədə məlumat verib.

O,həmçinin Yeni Azərbaycan Partiyasının 67 saylı Cəlilabad şəhər seçki dairəsinnən deputatlığa namizədi Malik Həsənovun fəaliyyəti barədə danışaraq seçiciləri Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyini irəli sürülmüş Malik Həsənova səs verməyə çağırıb.

Görüşdə deputatlığa namizəd Malik Həsənov geniş nitqlə çıxış edərək Milli Məclisin deputatı olduğu dövrdə özünün fəaliyyəti barədə seçicilərə ətraflı məlumat verib.