YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Belə bəyanatlarla münaqişə öz həllini tapa bilməz

«ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr ATƏT Xarici İşlər Nazirləri Şurasının Bazeldə keçirilən toplantısı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı verdikləri birgə bəyanatda münaqişənin həlli ilə bağlı yeni heç bir fikir yoxdur».  Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, münaqişənin həlli ilə bağlı əsas addımların atılması yenə də tərəflərin üzərinə qoyulur. Ona görə də bu bəyanat da indiyə qədər verilən bəyanatların mətnindən heç nə ilə fərqlənmir”.

E. Nəsirov qeyd edib ki, heç bir halda  bu bəyanatda Ermənistan tərəfinin atəşkəs rejimini kobud şəkildə pozmasına qarşı heç bir tələb qoyulmur.

«Yenə də işğala məruz qalanla işğalçı arasında bərabərlik işarəsi qoyulur. Hesab edirəm ki, belə bəyanatlarla münaqişə öz həllini tapa bilməz. Necə ki, indiyə qədər tapmayıb. Hər bir şey öz adı ilə çağırılmalıdır. İşğalçıya işğalçı deyilməli və o öz üzərində məsuliyyət hiss etməlidir ki, beynəlxalq hüquqda işğalçı ilə davranış tərzi var, ona qarşı sanksiyalar, embarqolar, lazım gələrsə, ona qarşı güc tətbiq edilə bilər. Bunların heç biri olmadığı təqdirdə və belə dişsiz bəyanatlarla Ermənistanın mövqeyini necə dəyişmək olar? Həmsədrlərin  belə bəyanatları ilə münaqişənin həlli çox mürəkkəb məsələdir.  Hesab edirəm ki, bu halda Azərbaycan Prezidentinin də dediyi kimi vəziyyətdən yeganə çıxış yolu daha da güclənməkdən keçir. Son dərəcədə güclənməklə bu problemi özümüz, özümüzə inamımız, xalq və hakimiyyətin birliyi ilə həll edə bilərik»- deyə, politoloq qeyd edib.