YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: 2019-cu il ərzində İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda və dünyanın bir sıra ölkələrində böyük təntənə ilə qeyd olundu

“Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi İli” elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb etdi”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycanda hər zaman dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il “Nəsimi İli” elan edildi. Ölkə başçısının bu qərarı bütün xalqımız tərəfindən yüksək qiymətləndirildi. Onun sözlərinə görə, Azərbaycanın dahi şairi Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub. Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir. Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətləri olub. Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir.

 “Bilirsiniz ki, il ərzində mütəfəkkir şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi Azərbaycanda və dünyanın bir sıra ölkələrində böyük təntənə ilə qeyd olunub. Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun reallaşdırdığı tədbirlər xüsusilə əlamətdar oldu. Eyni zamanda, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün ölkə ərazisində 650 min ağacın əkilməsi mühüm hadisədir.  Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Nəsimi İli” çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda keçirilmiş rəngarəng tədbirlər Azərbaycan mədəniyyətinin ümumbəşəri əhəmiyyətinin daha bir nümayişi oldu”-deyə, akademik vurğulayıb.