YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Azərbaycan 2019-cu ildə də çox güclü və innovativ inkişaf yolu keçib

“Amerikanın “U. S. News & World Report” jurnalının reytinqi dünyanın 80 ölkəsi arasında Azərbaycanın bütün sahələrdəki güc və qüdrətini 45-ci yerlə qiymətləndirib. Reytinq həqiqətləri əks etdirir və Azərbaycan 2019-cu ildə də çox güclü və innovativ inkişaf yolu keçib”. Bu fikirləri Milli Məclisin deputatı Sona Əliyeva deyib.

S.Əliyeva bildirib ki, 2019-cu ilin əvvəlindən ölkədə sosial və iqtisadi islahatlar paketi həyata keçirildi. Əhalinin sosial rifah halı daha da yaxşılaşdırıldı. Ordumuzun reytinqi dünyanın ilk əlliliyində qərarlaşdı: “Eyni zamanda, bu gün Azərbaycan dünyanın ən siyasi sabitliyə malik dövlətlərindəndir. 1 milyon qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmizin iqtisadi göstəriciləri çox yaxşıdır. Bir çox beynəlxalq layihələrin aparıcı beyin mərkəzi, donoru məhz Azərbaycan oldu. Qeyri-neft sektorunun inkişafı yeni mərhələyə qədəm qoydu. Kadr və struktur islahatları idarətməyə yeni dinamika gətirdi. Dünyanın 45 ən güclü ölkəsi olmağımızın memarı cənab Prezidentdir. Məhz Onun gərgin, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində Azərbaycanın beynəlxalq əhəmiyyətli uğurları bir-birini əvəzləyir”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin sosial siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayanır: “ Bu amil ölkəmizdə dayanıqlı iqtisadi inkişafın nəticələrinin, əldə olunan iqtisadi dividendlərin ilk növbədə əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasında real ifadəsini tapır. Əhalinin rifahına xidmət edən bütün bu addımlar eyni zamanda dövlət başçısının rəhbərliyi ilə ölkə iqtisadiyyatının dinamik inkişafı istiqamətində aparılan islahatların uğurlu nəticələri, dayanıqlı iqtisadi tərəqqi hesabına əldə edilən imkanlar hesabına atılır. Bu inkişaf 2019-cu ildə də uğurla davam edir. Hələ 2018-ci ilin yekunları müzakirə edilərkən dövlət başçısı 2019-cu ilin ölkəmiz üçün uğurlu il olacağına əminliyini bildirmişdi. Bunun əməli təsdiqi olaraq, cari ilin ilk rübündə ölkəmizdə ÜDM istehsalı 3, o cümlədən kənd təsərrüfatında məhsul istehsalı 3,6, qeyri-neft sektorunda sənaye istehsalı 15,6, əhalinin gəlirləri 5,5 faiz artıb. Ölkə iqtisadiyyatına 2,8 milyard manat o cümlədən qeyri-neft sektoruna 2 milyard manat sərmayə yatırılıb. Sonda bütün bu göstəricilər dünyanın aparıcı nəşrlərinin reytinqinə də müsbət təsir edir, ölkəmizin reytinqini dünyanın aparıcı ölkələri sırasında yerini daha da möhkəmləndirir”.