YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Azərbaycana səfər edəcək

Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri, KXDR Dövlət Şurası Sədrinin müavini Çoe Ryonq Hae Azərbaycana səfər edəcək.

Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb. Bildirilir ki, KXDR rəsmisi Bakıda keçiriləcək Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə iştirak etmək üçün Azərbaycana səfər edir. KXDR nümayəndə heyəti artıq Pxenyandan yola düşüb.

Qeyd edək ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü oktyabrın 25-26-da Bakıda keçiriləcək. Zirvə Görüşünə ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılacaq.