YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə Macarıstanın Prezidenti Yanoş Aderə təbrik məktubu ünvanlayıb.

Dövlətimizin başçısı məktubda Azərbaycan-Macarıstan əlaqələrinin gündən-günə genişlənməkdə olduğunu qeyd edib. Prezident inandığını bildirib ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Azərbaycan Prezidenti macarıstanlı həmkarına möhkəm cansağlığı, işlərində uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyib.