YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

"Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbinin iştirakçıları Hidrometereoloji Proqnozların hazırlanması ilə yaxından tanış olublar

İyulun 31-də Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Ətraf mühitin mühafizəsində gənc nəslin rolu" mövzusunda yay məktəbi öz işini davam etdirib.

Bu gün yay məktəbinin iştirakçıları Hidrometereoloji Proqnozların hazırlanması ilə yaxından tanış olublar.

Tədbirdə  Milli Hidrometereologiya Departamentinin direktor müavini İmran Əbdülov  “İqlim dəyişmələri-mənfi təsirləri və adaptasiya tədbirləri”, Hidrometereoloji proqnozlar bürosunun baş hidroloqu Asif  Verdiyev “Hidrometereoloji proqnozların əhəmiyyəti” və  Hidrometereologiya Elmi Tədqiqat İnsitiutunun direktor müavini Rafiq Verdiyev  “Su ehtiyatlarının idarə olunması” mövzusunda çıxış ediblər.

Sonda iştirakçıların sualları cavablandırılıb.