YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin altı ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

Cari ilin altı ayında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 2,2 milyon dolları ötüb.

Bu barədə  Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 2 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 253 min dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.