YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ səfirliyinin nümayəndəsi: Azərbaycanda innovasiyalar və startapların inkişafı diqqət mərkəzindədir

“İnnoFest” çərçivəsində Bakıda ilk dəfə “TechFest” sərgisi keçirildi. Burada ilk dəfə “İdeyadan biznesə- İ2B Junior” layihəsinin təqdimatı oldu.

Bu barədə “İnnoFest”ə həsr olunmuş mətbuat konfransında ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Heidi Smit deyib.

H.Smit qeyd edib ki, Azərbaycanda innovasiyalar və startapların inkişafı diqqət mərkəzindədir. Çox sevindiricidir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahənin inkişafında fəal iştirak edir. Bu prosesdə biz də yaxından iştirak etməyi planlaşdırırıq.