YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda “İnnovasiya Festivalı”nı 1800-dən çox yerli sakin, 300-dən çox xarici qonaq ziyarət edib

Azərbaycanda ilk dəfə olaraq təşkil edilən “İnnovasiya Festivalı”nı (“İnnoFest”) ümumilikdə 1800-dən çox yerli sakin, 300-dən çox xarici qonaq ziyarət edib.

Bu barədə “İnnoFest”in yekunlarına dair mətbuat konfransında Yüksək Texnologiyalar Parkının direktoru Tural Kərimli deyib.

T.Kərimli bildirib ki, “İnnoFest” çərçivəsində beynəlxalq “Lightest” Forumuna, “İKT innovasiyalar və startap ekosistemi” seminarına, “EU4Digital proqramı”nın təqdimatına, “Monex Caspian Sammiti”nə, Gənclər İnternet İdarəçilik Forumu və III Robot Olimpiadasına ümumilikdə 1500-dən artıq iştirakçı qatılıb, onlardan 158-i xarici qonaqlar olub.