YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, dünyada dialoq və əməkdaşlıq məkanı kimi xarakterizə edilir

"Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, xalqımızın ali mənafeyinə söykənən siyasət nəticəsində Azərbaycan yüksək inkişaf göstəricilərinə nail olub. Azərbaycanın əldə etdiyi uğurlar dünyanın diqqət mərkəzindədir". Bu fikirləri Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, Azərbaycan yüksək beynəlxalq nüfuza malikdir, dünyada dialoq və əməkdaşlıq məkanı kimi xarakterizə edilir: "Dövlətimizin başçısının təşəbbüsü və dəstəyihesabına başa gələn böyük iqtisadi və nəqliyyat layihələri dünya dövlətləri üçün böyük əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Həyata keçirilən siyasət sayəsində Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə uğurla evsahibliyi edir. "Eurovision", müasir dünyanın xüsusi diqqət yönəltdiyi dialoq və sülh naminə beynəlxalq forumlar, mühüm idman yarışları məhz ölkəmizdə keçirilir. 2015-ci ildə ilk dəfə keçirilən Avropa Oyunlarının təşkil olunması hüququnun məhz Azərbaycana verilməsi ölkəmizdə idman və mədəniyyət tarixində mühüm hadisəyə çevrildi. Eyni zamanda, İslam Həmrəyliyi Oyunları, Dünya və Avropa Çempionatları, Formula 1 yarışları və bu qəbildən olan digər mühüm tədbirlərinölkəmizdə yüksək səviyyədə keçirilməsi Azərbaycanın potensialını və qüdrətini göstərir, respublikamızın beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirir. Şübhəsiz ki, ölkəmizin iqtisadi inkişafı, müasir infrastruktura malik, ən əsası, təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması belə tədbirlərin Azərbaycanda keçirilməsinə dair qərarların qəbul edilməsində həlledici rol oynayır".

Millət vəkili vurğulayıb ki, Avropa Liqasının final matçının Bakıda ən yüksək səviyyədə keçirilməsi də ölkəmizin bu sahədəki zəngin təcrübəsini, iqtisadi gücünü və təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi. "Bununla da oyunlardan əvvəl bəzi dairələr tərəfindən ortaya atılan spekulyasiyalar, iddialar alt-üst oldu, onlar Azərbaycanın müsbət imicinin üzərinə kölgə sala bilmədilər. Bu gün bütün beynəlxalq mediada Azərbaycanın uğurla təşkilatçılığından, final matçının yüksık sıviyyədə həyata keçirilməsindən yazılır, danışılır. Bakıya gələn qonaqlar ölkəmizin müsbət reallıqlarından, Bakıda gördüklərindən razılıqla danışırlar",-deyən S.Qafarova vurğulayıb ki, Azərbaycan 2020-ci ildə keçiriləcək Avropa çempionatının 4 oyununu da yüksək səviyyədə təşkil etmək bacarığına malik olduğunu bütün dünyaya göstərdi.