YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Sina Baydur: Müdafiəsiz iki diplomatı amansızcasına qətlə yetirən terrorçunu Ermənistan necə qəhrəman edir?

ABŞ-ın Los-Anceles şəhərində 1973-cü il oktyabrın 27-də erməni terrorçu Gurgen Yanikiyan tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Bahadur Dəmirin həyat yoldaşı, təqaüddə olan səfir Sina Baydur media vasitəsilə təcavüzkar Ermənistanın prezidentinə açıq məktub göndərib.

Səfir Sina Baydur məktubda erməni terrorçu Gurgen Yanikiyanın nəşinin Yerevandakı hərbi məzarlıqda dəfn olunmasına etirazını ifadə edib. Məktubda qeyd olunur ki, hərbi məzarlıq ölkənin müdafiəsində həlak olan qəhrəmanların dəfn olunmasına ayrılan yerdir, terrorçular üçün deyil. Terrorçu Gurgen Yanikiyanı qəhrəman səviyyəsinə qaldırmaq terrorizmin təşviqidir. Bu terrorçunun təntənəli şəkildə hərbi məzarlıqda dəfn olunmasını dövlət səviyyəsində həyata keçirilən çirkin məqsəd kimi dəyərləndirən səfir məktubun sonunda terrorçu dövlətin başçısına belə bir sual ünvanlayıb: “Bir cani ilə əlaqədar təşkil olunan bu mərasim iki qonşu ölkə arasında sülhün yaranmasına necə xidmət edə bilər?”.

Qeyd edək ki, Türkiyənin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Mehmet Baydar və onun müavini Bahadur Dəmir 1973-cü il oktyabrın 27-də erməni terrorçu Gurgen Yanikiyan tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ürəyi soyumayan terrorçu yerdə can verən diplomatların başına da atəş açıb. Törətdiyi cinayəti etiraf edən terrorçu G.Yanikiyan məhkəmə salonunda bu qətli digər ermənilər üçün örnək olaraq etdiyini bildirib. ABŞ məhkəməsi onu siyasi terrorçu kimi mühakimə edərək ömürlük həbs cəzası ilə azadlıqdan məhrum edib.