YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tatyana Moskalkova: Rusiya ilə Azərbaycanın əsl mehriban qonşuluq və səmimi dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir

Mən ilk növbədə böyük və həqiqətən çiçəklənən bir respublikanın – Azərbaycanın Prezidentini və ölkənizin bütün xalqını Respublika Günü münasibətilə təbrik etmək, uzun ömür, rahatlıq və firavanlıq arzu etmək istəyirəm. Bu sözləri  Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova deyib.

O vurğulayıb: “Rusiya ilə Azərbaycanın əsl mehriban qonşuluq və səmimi dostluq münasibətləri qurmaları çox əhəmiyyətlidir. Hamımızın sülh və əmin-amanlıq şəraitində yaşaması üçün humanitar sahənin möhkəmlənməsi, əmtəə dövriyyəsinin genişlənməsi olduqca vacibdir”.

Azərbaycanın ənənəvi olaraq mühüm idman və mədəniyyət tədbirlərini böyük uğurla keçirdiyini qeyd edən T.Moskalkova deyib: “İdman hamını barışdıran bir sahədir. Mən arzu edirəm ki, UEFA Avropa Liqasının final matçı yüksək emosional səviyyədə keçirilsin və azarkeşləri məyus etməsin. Sizə yalnız müsbət emosiyalar diləyirəm”.