YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" arasında keçirilən Avropa Liqasının finalı başa çatdı

Bakı Olimpiya Stadionunda "Çelsi" və "Arsenal" komandaları arasında keçirilən UEFA Avropa Liqasının final qarşılaşması başa çatıb.

Matç "Çelsi"nin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Bu qələbə Mauritsio Sarrinin yetirmələri üçün turnirdə 2-ci qələbədir. Daha öncə komanda 2012-2013 mövsümünün finalında Amsterdamda qalib gəlib.

Qollar: Jiru, 49 (1:0), Pedro, 60 (2:0), Azar, 65-pen. (3:0), 72 (4:1), İvobi, 69 (3:1).

X X X

23:00

Bakı Olimpiya Stadionunda 23:00-da UEFA Avropa Liqasının final qarşılaşması başlayıb.

Final matçında iki İngiltərə təmsilçisi – “Arsenal” və “Çelsi” qarşılaşır.

Qeyd edək ki, Bakı Olimpiya Stadionu 68 min tamaşaçı tutumuna malikdir.