YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Bu gün dünyada beynəlxalq hüquq işləmir

“Təəssüf ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Bunun əsas səbəbi beynəlxalq hüquq normalarının işğalçı Ermənistana qarşı tətbiq edilməməsidir”. Bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov    YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə Milli Məclisdə “Azərbaycanda təhlükəsizlik sistemi.Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən dəyirmi masada deyib.

Z.Əsgərov bildirib ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə Azərbaycanın ərazi bütövlüyü tanınır, erməni silahlı qüvvələrinin işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunur. Eləcə də, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, İslam Əməkdaşlıq Təşkilatının və digər beynəlxalq qurumların sənədlərində Azərbaycanın ərazi bütövlüyü tanınır.

“Belə olan təqdirdə, münaqişə niyə həll olunmur? Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının əsas səbəbi Azərbaycana qarşı ikili standartların tətbiq olunmasıdır. Bu gün dünyada beynəlxalq hüquq işləmir. Güc kimdədirsə, beynəlxalq hüquq onun tərəfindədir. İşğalçı Ermənistanın havadarları münaqişənin həllinə imkan vermir. Onlar deyirlər ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Biz də sülh tərəfdarıyıq. Amma niyə onlar Ermənistanın işğalçı olduğunu demirlər? Bu qədər ədalətsizlik olmaz. Ona gprə də, Azərbaycan güclənir və bundan sonra da güclənəcək. Prezidentimizin mövqeyi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti ola bilməz”-deyə, birinci vitse-spikeri vurğulayıb.