YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir: Azərbaycandan 40-dan çox müşahidəçi Qazaxıstanda prezident seçkilərini izləyəcək

Azərbaycandan 40-dan çox nümayəndə iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində beynəlxalq müşahidəçi qismində iştirak edəcək.

Bu sözləri Qazaxıstanda keçiriləcək prezident seçkilərinə həsr olunan mətbuat konfransında bu ölkənin Azərbaycandakı səfiri Beybit İsabayev deyib.

Səfir qeyd edib ki, Azərbaycan nümayəndələri parlamentdən, Mərkəzi Seçki Komissiyasından və beynəlxalq təşkilatların tərkibində müşahidəçi kimi dəvət olunublar. Diplomat, həmçinin bildirib ki, prezident seçkiləri günü Qazaxıstanın Azərbaycandakı səfirliyində 262 nömrəli seçki məntəqəsi fəaliyyət göstərəcək. Azərbaycanda yaşayan Qazaxıstan vətəndaşları yerli vaxtla səhər saat 7-dən axşam saat 8-dək səs verə biləcəklər. Səsverməni ümumilikdə 1000-dən çox müşahidəçinin izləyəcəyi gözlənilir. Artıq 125 müşahidəçi və 50 KİV nümayəndəsi qeydiyyatdan keçib.