YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib

“Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan modeli formalaşıb. Son bir il müddətində atılan inqilabi addımlar nəticəsində bu model daha üstün formada özünü göstərməkdədir”. Bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, xüsusilə sosial sahədə həyata keçirilən islahatlar, verilən qərarlar, imzalanan sənədlər bunu deməyə əsas verir. Onun sözlərinə görə, 2018-ci ilin aprel ayında keçirilən seçkilərdən ötən bir il müddətində ölkəmiz bütün sahələrdə inkişaf edib, mühüm nailiyyətlər əldə olunub.

“Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib. Xüsusilə də, 2019-cu ilin ilk aylarında bu istiqamətdə atılan mühüm addımlar nəticəsində bütün vətəndaşlarımızın rifah halı yüksəlib. Ölkəmizdə elə təbəqə yoxdur ki, son 4 ayda həyata keçirilən islahatlardan faydalanmasın. 600 mindən çox vətəndaşımız minimum əmək haqlarının artırılması, bu qədər də vətəndaşımız minimum pensiyaların artırılması istiqamətində həyata keçirilən islahatlardan bəhrələnib. Bundan başqa, sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı aprelin 1-dən qüvvəyə minən sənəd əhalimizin yaşayış səviyyəsinin daha da yaxşılaşmasına istiqamətlənib.  Bütövlükdə, 2019-cu ilin əvvəlindən təklif edilən sosial paket 3 milyondan çox insanı əhatə edib. Dövlətimizin  büdcəsi sosial yönümlüdür. Atılan sosial addımlar Azərbaycan Prezidentinin hər bir vətəndaşın yanında olduğunu bir daha sübut etmiş oldu”-deyə, komitə sədri vurğulayıb.