YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib

Aprelin 19-da Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib.

Azərbaycanı tədbirdə Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə heyəti təmsil edib. İclasda MDB PA-nın parlament nümayəndə heyətləri, daimi komissiyalarının üzvləri, alimlər, ekspertlər iştirak ediblər.

İclası açan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko tədbirdə MDB PA-nın hüquq məsələləri, iqtisadi və maliyyə məsələləri, elm və təhsil məsələləri üzrə daimi komissiyalarının hazırladıqları 11 model qanunvericilik aktı və tövsiyələrinin nəzərdən keçiriləcəyini bildirib. Təsdiq edilmiş sənədlər MDB ölkələri milli qanunvericiliklərində istifadə olunması üçün Birlik dövlətlərinin qanunvericilik orqanlarına təqdim edilib.

Toplantı çərçivəsində təhlükəsizlik və yeni çağırışlar və təhdidlərə qarşı mübarizə birləşmiş komissiyasının, siyasi məsələlər və beynəlxalq əməkdaşlıq daimi komissiyasının, müdafiə və təhlükəsizlik daimi komissiyasının iclasları olub.

Tədbirin sonunda KİV nümayəndələri üçün mətbuat konfransı keçirilib.