YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gündüz İsmayılov: İslam dini ailə dəyərlərinin qorunmasına böyük önəm verir

“İslam dini ailə dəyərlərinin qorunmasına böyük önəm verir”. Bu fikri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Gündüz İsmayılov deyib.

G.İsmayılov bildirib ki, bu gün xarici təsirlər nəticəsində gəncləri milli dəyərlərimizdən uzaqlaşdırmağa çalışırlar. Onun sözlərinə görə,  belə cəhdlər heç bir nəticə verə bilməz. Çünki gənclərimiz milli mənəvi dəyərlərimizə sadiqdir.

“İbadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. İslam dini meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib”-deyə, G.İsmayılov qeyd edib.