YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Bolqarıstan əlaqələrinin inkişafından məmnunluq ifadə olunub

Bolqarıstana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Bolqarıstan Respublikası Milli Assambleyasının spikeri Tsveta Karayançeva ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə tərəflər iki dost ölkə arasındakı strateji tərəfdaşlığa əsaslanan münasibətlərin inkişaf səviyyəsindən məmnunluqlarını bildiriblər. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 2015-ci il 4 mart tarixində Sofiyada imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin əhəmiyyəti vurğulanıb.

Bolqarıstan Milli Assambleyasının spikeri Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə iştirak etmək məqsədilə bu ilin sentyabrında Azərbaycana səfərini məmnunluqla xatırladıb.

Söhbət zamanı tərəflər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini təqdir ediblər.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat və enerji layihələri, eləcə də Bolqarıstan şirkətlərinin sözügedən layihələrə cəlb olunması ilə bağlı fikir mübadiləsi aparan tərəflər iqtisadi əməkdaşlığın daha da inkişafı baxımından sözügedən sahələrin böyük potensiala malik olduğunu bildiriblər və bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.