YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekspert: Qeyri-neft ixracatında Azərbaycanın əsas ticarət tərəfdaşı Rusiyadır

“Rusiya Azərbaycan üçün vacib tərəfdaşlardan biridir. Belə ki, Azərbaycanda qeyri neft ixracatının 35 faizi Rusiyanın payına düşür”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf  Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, ölkəmiz 2017-ci ildə 1.5 milyard dollarlıq qeyri-neft məhsulları ixrac edib və onun da 35 faizi, yarım milyard dollardan artığı Rusiyanın payına düşür. Onun sözlərinə görə, Rusiya cari ilin 8 ayında da Azərbaycan qeyri-neft ixracatındakı mövqeyini qoruyub saxlayıb.

 “Azərbaycanın 8 ay ərzində təxminən 1.1 milyard dollara yaxın qeyri-neft ixracatı olub ki, burada da Rusiya birinci, Türkiyə ikinci yerdə olub. Bu baxımdan deyə bilərik ki, qeyri-neft ixracatında Azərbaycanın əsas ticarət tərəfdaşı məhz Rusiyadır. Rusiya həm də Azərbaycanın ixrac etdiyi kənd təsərrüfatı məhsullarının təxminən 90 faizini alır. Bu da təbii ki, aqrar sektorun, eləcə də regionlarda yaşayan sahibkarların valyuta təminatı baxımından çox vacibdir. Nəticə etibarı ilə Rusiya aqrar ixracatdakı mövqeyini də qoruyub saxlamaqdadır”-deyə ekspert qeyd edib.