YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı əhalisinin sayı 2,3 milyon nəfərə çatır

İlin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 7,1 min nəfər artaraq iyul ayının 1-nə 2 milyon 269,7 min nəfərə çatıb.

Bakı Şəhər Statistika İdarəsindən  bildiriblər ki, əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir. Əhalinin bir kvadratkilometrə düşən sayı 1060 nəfər olub.

Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən Bakı şəhərində 14 min 570 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13 təşkil edir. Doğulan körpələrin 156 nəfəri əkiz, 2-si üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,5 faizdir və hazırda hər 100 doğulan qıza 110 oğlan düşür.

Bu ilin birinci yarısında Bakıda 6 min 808 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub. Yanvar-iyun ayları ərzində qeydiyyat şöbələri tərəfindən 6 min 960 nikah və 2 min 374 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6-dan 6,2-yə yüksəlib, boşanmaların sayı isə 2,2-dən 2,1-ə qədər enib.