YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Braziliya Prezidenti Mişel Temer Prezident İlham Əliyevə təbrik ünvanladı

Braziliya Federativ Respublikasının Prezidenti Mişel Temer Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. İnanıram ki, Braziliya ilə Azərbaycan arasında dostluq münasibətləri xalqlarımızın və beynəlxalq birliyin mənafeyi naminə daha da möhkəmlənəcək. Bizi ayıran böyük coğrafi məsafəyə baxmayaraq, əminəm ki, müxtəlif sahələrdəki əməkdaşlığımız daha da genişlənəcək. Cənab Prezident, belə bir xeyirxah işi dəstəkləməkdə maraqlı olduğumu bir daha xüsusi vurğulayıram.

Zati-aliləri, Prezidentliyinizin yeni dönəmində Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar arzulayıram”.