YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransa televiziyasında Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı reportaj yayımlanıb

Fransanın TVlibertes kanalında Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı reportaj yayımlanıb.

Seçkilərdə müşahidəçi qismində iştirak etmiş fransız jurnalist Yannik Urryen seçkilərin demokratik və şəffaf keçdiyini bildirib.

Azərbaycan haqqında məlumat verilən reportajda ölkə əhalisinin sabitliyə daha çox önəm verdiyi vurğulanıb, ölkənin iqtisadi inkişafı diqqətə çatdırılıb.

Jurnalist seçki məntəqələrində insanların kütləvi halda səsverməyə gəldiklərinin şahidi olduğunu, onların səsvermədə fəal iştirak etdiklərini qeyd edib.

Fransa ilə Azərbaycan arasındakı münasibətlərdən danışan Y.Urryen Azərbaycanda internetdən geniş istifadə edildiyini, Bakıda şəhərin hər yerində pulsuz wifi xidmətinin olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, pulsuz internet xidməti məhz ölkədə azadlığın tam təmin olunmasından xəbər verir.

Fransalı jurnalist ölkəmizdəki tolerantlıq, çoxmədəniyyətlilik dəyərlərindən də söz açıb, Azərbaycanın bu sahələrdə dünya ölkələrinə nümunə olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanda qeyri-neft sektorunun, turizmin inkişafından söz açıb.

Reportajda Azərbaycanın bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən, Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə namizədliyini irəli sürməsindən də bəhs olunur.