YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa Mühafizəkarlar və İslahatçılar Qrupu: Seçicilərin azadlığı, sərbəstliyi tam təmin edilmişdi

Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun müşahidə missiyası aprelin 11-də Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Qrupun üzvləri Beata Sobkeviç və Rişard Çarnekski seçkilərin Azərbaycanın müvafiq qanunvericiliyinə uyğun keçirildiyini bildiriblər.

Müşahidə missiyasının üzvləri deyiblər: “Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunmuşdu. Ümumi mühit sakit, proses beynəlxalq standartlara uyğun idi. Seçicilərin azadlığı, sərbəstliyi, səsvermənin gizliliyi tam təmin edilmişdi. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmadı. Biz səsvermə günü Seçki Məcəlləsinin pozulması faktına rast gəlmədik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmadıq”.