YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Abşeron rayonunun Masazır kəndində seçicilərlə görüş keçirilib

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyası çərçivəsində Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatı Masazır kəndində seçicilərlə növbəti görüş keçirib.

Tədbiri YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev açaraq Yeni Azərbaycan Partiyasının namizədi, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi ardıcıl və sistemli islahatlar, praqmatik daxili və xarici siyasət nəticəsində ölkəmizin son illərdə qazandığı uğurlardan bəhs edib. B.Vəliyev seçiciləri Heydər Əliyev siyasətinin davamı naminə 11 aprel seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan qısa müddətdə iqtisadi-siyasi cəhətdən regionun lider dövlətinə çevrilib. Artıq bütün dünya dövlətləri ölkəmizi yaxın tərəfdaş qismində qəbul edir. Bu uğurların davamı naminə hər bir azərbaycanlı 11 apreldə keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verməlidir.

Tədbirdə həmçinin “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək bildirib ki, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezidentimiz İlham Əliyev hakimiyyətdə olduğu 15 il ərzində Azərbaycanı regionun lider dövlətinə çevirib. O, əminliklə bildirib ki, gənclər prezident seçkilərində yaxından iştirak edərək ən layiqli namizəd olan cənab İlham Əliyevə səs verəcəklər.

Daha sonra professor Əsədulla Qurbanov, kənd sakini hacı Mirzəağa Əhmədov, fəal gənc Toğrul Abışov və digərləri çıxış edərək seçki prosesində fəal iştirak edəcəklərini və YAP tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevi dəstəklədiklərini vurğulayıblar.