YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xızı rayonunun Altıağac qəsəbəsində seçicilərlə görüş keçirilib

Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Altıağac qəsəbəsində seçicilərlə növbəti görüş keçirib.

Görüşü giriş sözü ilə açan YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bir çox nailiyyətlər qazanıb. Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib.

Sonra çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, son 15 ildə Azərbaycanın qazandığı uğurlar da təsdiq edir ki, cənab İlham Əliyev xalqın etimadını layiqincə doğruldub.

O, xüsusilə vurğulayıb ki, bu gün respublikamızda cənab Prezident tərəfindən uğurlu daxili və xarici siyasət həyata keçirilir. Bu siyasətin davamlı olması üçün 11 aprel seçkilərində hər kəs fəal olmalı və YAP-ın namizədi cənab İlham Əliyevə səs verəcəkdir.