YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunun Ələt qəsəbəsinin seçiciləri ilə görüş keçirilib

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qaradağ rayonunda uğurla davam edir. Kampaniya çərçivəsində növbəti görüş rayonun Ələt qəsəbəsinin seçiciləri ilə keçirilib.

 Görüşdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri, Milli Məclisin deputatı Aydın Hüseynov artıq prezident seçkilərinin keçirilməsinə bir neçə gün qaldığını xatırladaraq, ölkəmizdə seçkilərin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində bütün müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Milli Məclisin deputatı görüşdə daha sonra YAP-ın prezident seçkilərində namizədi cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə danışıb. Millət vəkilinin sözlərinə görə, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biri olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat standartlarının yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də möhtəşəm nailiyyətlər əldə olunub. Qarşıda böyük hədəflərin dayandığını bildirən A.Hüseynov deyib ki, Azərbaycanın yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcək bu hədəflərin reallaşdırılması üçün cənab İlham Əliyevə səs verməliyik.

Daha sonra çıxış edən YAP Qaradağ rayon təşkilatı Seçki Qərargahının üzvləri Xaliq Məmmədov, Ramin Quliyev, Aqşin Paşayev, Nəriman Qurbanov, Hicran Xəlilova, Roman Nağıyev, həmçinin qəsəbə ağsaqqallarından Qurbanqulu Rəhimov, seçicilərdən Məmmədfaruq Muradov, Allahyar Ağayev və digərləri cənab İlham Əliyevin Azərbaycan dövlətinin inkişafı və xalqımızın rifahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs ediblər. Görüşdə bir daha əminliklə vurğulanıb ki, aprelin 11-də Qaradağ rayon seçiciləri Azərbaycanın daha parlaq gələcəyi naminə cənab İlham Əliyevə səs verəcəklər.