YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəbələ seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası Qəbələ rayonunda uğurla davam edir.

Kampaniya çərçivəsində növbəti görüş rayonun Yenikənd və Topbağ kəndinin seçiciləri ilə keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Qəbələ rayon şöbəsinin təbliğat-təşviqat qrupunun üzvü Sabir Bayramov ölkəmizdə prezident seçkilərinin demokratik, şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində görülən mütərəqqi işlər barədə məlumat verib. O, daha sonra YAP-ın prezident seçkilərində namizədi Cənab İlham Əliyevin rəhbərliyi ilə son 15 ildə Azərbaycanın qazandığı əzəmətli nailiyyətlər barədə danışıb və bütün seçiciləri Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevə səs verməyə çağırıb.

Tədbirdə çıxış edən təbliğat-təşviqat qrupunun üzvü Saleh Aslanov bildirib ki, hazırda dünyanın ən sürətlə inkişaf edən ölkəsi olan Azərbaycanda vətəndaşların sosial rifahının və həyat şəraitinin yüksəldilməsi, regional inkişaf proqramlarının uğurla icrası, ölkəmizin beynəlxalq mövqeyinin daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin genişləndirilməsi istiqamətində də əldə olunan nailiyyətlər Cənab İlham Əliyevin adı ilə bağlıdır. S.Aslanov deyib ki, Azərbaycanın yüksək səviyyədə inkişaf etmiş ölkələr sırasına daxil olmasını təmin edəcək bu hədəflərin reallaşdırılması üçün Cənab İlham Əliyevə səs verməliyik.

Tədbirdə çıxış edən kənd sakinləri Nazirə Yaralıyeva, Sunayə Yusibova və İlyas Əmiraslanov 11 apreldə keçiriləcək prezident seçkilərində bütün seçiciləri hamılıqla cənab İlham Əliyevə səs verməyə çağırıblar.