YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Masallı seçiciləri Azərbaycanın gələcək inkişafı naminə cənab İlham Əliyevə səs verəcəklər

11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının  Masallı rayon təşkilatı təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüş martın 23-də rayonun Kolatan kəndində keçirilib.

Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin uğurlarından bəhs edib: “Azərbaycan son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Hazırda Azərbaycan böyük dövlətlərin tərəfdaşıdır, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Azərbaycan mədəniyyəti dünyada layiqincə təbliğ edilir. Bununla yanaşı, insanların həyat şəraiti olduqca yaxşılaşıb”. Təşkilat sədri əlavə edib ki, Azərbaycan cəmiyyətinin nümayəndələri ölkəmizin inkişafından, mövcud ictimai-siyasi sabitlikdən məmnundurlar. “Əminliklə söyləyə bilərəm ki, bu seçkilərdə də seçicilər Azərbaycanın gələcək inkişafı, firavanlığı naminə cənab İlham Əliyevə səs verəcəklər. Azərbaycan seçicisinin seçimi birmənalıdır” - deyə, S.Əliyev əlavə edib.

S.Əliyev YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin seçki proqramı haqqında seçicilərə məlumat verib və 11 aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində bütün seçiciləri Yeni Azərbaycan Partiyasının namizədi, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevə səs verməyə çağırıb.

Sonra görüş iştirakçılarından Eynəli Rəsulov, Əziz Əliyev və başqaları çıxış edərək cənab İlham Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz işlərdən danışaraq qarşıdan gələn seçkilərdə YAP-ın namizədinin parlaq qələbə qazanacağına əminlik ifadə ediblər.

 

 

DİGƏR Xəbərlər Arxiv