YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhsün Nağısoylu: Başlıca vəzifələrimiz ana dilinin saflığını qorumaq, və yad ünsürlərdən təmizləməkdən ibarətdir

«Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində Ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətləri var». Bu fikri AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib.

M.Nağısoylu bildirib ki, dövlətimiz bu sahədə mühüm tədbirlər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı xüsusilə əhəmiyyətlidir.

«Bu gün ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verilir. Dilçilik İnstitutunda da dilimizin inkişafı və təbliği istiqamətində vacib tədbirlər həyata keçirilir. Başlıca vəzifələrimiz ana dilinin saflığını qorumaq, ədəbi dil normalarını gözləmək, həmçinin dili yad ünsürlərdən təmizləməkdən ibarətdir»-deyə, akademik qeyd edib.

DİGƏR Xəbərlər Arxiv