YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Münaqişələrin ədalətli həlli üçün təcavüzkarla təcavüzə məruz qalan ölkələrə fərq qoyulmalıdır

Bütün beynəlxalq təşkilatlar, o cümlədən Avronest PA-da münaqişələrlə bağlı qəbul olunan sənədlərdə təcavüzə məruz qalanla, təcavüzkarın adı açıq göstərilməlidir. Bu ölkələrə fərqli yanaşmalar olmalıdır. Əks halda heç bir münaqişənin ədalətli həllindən söhbət gedə bilməz.

Bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı Avronest PA-nın siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında “Şərq tərəfdaşlığı ölkələrində təhlükəsizlik məsələləri və Avropa İttifaqının bu çağırışlara cavabı” mövzusunda məruzə ətrafında çıxış edərkən söyləyib.

M.İbrahimqızı bildirib ki, məruzədə Azərbaycanın təcavüzə məruz qalması və Ermənistanın təcavüzkar ölkə olduğu aydın göstərilməlidir. Deputat bu məsələnin məruzədə əksini tapmasını təklif edib.