YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: AMEA gənclərin elmə marağının artırılmasını, onların bu sahədə potensialının güclənməsini diqqətdə saxlayır

«AMEA gənclərin elmə marağının artırılmasını, onların bu sahədə potensialının güclənməsini diqqətdə saxlayır». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, AMEA elm və təhsilin inteqrasiyasını ən vacib istiqamət kimi qəbul edərək bu sahədə aktiv fəaliyyət göstərir. Onun sözlərinə görə, AMEA elmi tədqiqat müəssisələrində ali təhsil ocaqları üçün təcrübə mərkəzlərinin təşkili, tələbələrin təcrübə keçmələrinə şəraitin yaradılması, birgə elmi tədqiqatların aparılması və elmi nəticələrin tədris prosesinə tətbiqi kimi məsələlər diqqətdə saxlanılır.

«AMEA ilə Təhsil Nazirliyi arasında əldə olunan razılığa əsasən ali təhsil müəssisələrində yaradılmış “SABAH” qruplarında təhsil alan 210 tələbə akademiyanın elmi müəssisələrində təcrübə keçib. AMEA-nın dəstəyi ilə elm və təhsilin inteqrasiyası istiqamətində ölkənin bir sıra lisey və məktəblərində “Kiçik akademiyalar” yaradılıb. Onların yaradılmasında əsas məqsəd istedadlı, yaradıcı təfəkkürə, araşdırma aparmaq qabiliyyətinə malik şagirdləri üzə çıxarmaq, həmin şagirdləri bir məqsəd ətrafına birləşdirməkdir»-deyə, akademik vurğulayıb.