YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan Olimpiya hərəkatının təşviqinə böyük önəm verir

«Azərbaycanın beynəlxalq səviyyəli  mötəbər idman yarışlarına ev sahibliyi etməsi də artıq ənənə halını alıb». Bu fikri Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, birinci Avropa Oyunları, “Formula-1” yarışları, beynəlxalq şahmat olimpiadası, IV İslam Həmrəyliyi Oyunları və digər idman tədbirləri ölkəmizdə yüksək səviyyədə təşkil olundu.

«2020-ci ildə isə Bakı şəhəri qitənin ən nüfuzlu futbol turniri olan Avropa çempionatının 4 oyununu qəbul edəcək. Belə ki, ölkəmiz Avro-2020-nin qrup mərhələsinin üç, pley-offun bir (1/8 və ya 1/4 final) görüşünü təşkil edəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycan Avropanın mötəbər idman mərkəzlərindən birinə çevrilib. 
Onu da qeyd etmək lazımdır ki, son illərdə ölkəmizin idman sahəsində də beynəlxalq əlaqələri genişlənib və möhkəmlənib. Azərbaycan Beynəlxalq və Avropa Olimpiya komitələrinin fəal üzvüdür. Beynəlxalq Olimpiya Federasiyasının dəstəyi ilə Azərbaycanda çoxsaylı idman yarışları, o cümlədən Avropa və dünya çempionatları, həm olimpiya, eyni zamanda, qeyri-olimpiya idman növləri üzrə çempionatlar keçirilir. Azərbaycan sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən Olimpiya hərəkatının təşviqinə böyük önəm verir. Və bütün bu uğurlar Azərbaycanda idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunur, paralel surətdə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına da öz töhfəsini verir»-deyə, deputat vurğulayıb.