YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Oqtay Şirəliyev: Son 14 ildə 642 yeni və əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib

«Son 14 il ərzində Azərbaycan səhiyyəsi böyük inkişaf yolu keçib». Bu fikri səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O.Şirəliyev bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 642 yeni və əsaslı təmir olunmuş səhiyyə müəssisəsi istifadəyə verilib.

«Regionlarda müasir avadanlıqlarla təchiz edilmiş diaqnostika mərkəzləri inşa edilib. Bu il Qubada, Şəmkirdə, Goranboyda, Qazaxda, Naftalanda və Qobustanda müasir səhiyyə müəssisələrinin istifadəyə verilməsi nəzərdə tutulub. Gələn il Füzuli və Qəbələ rayonlarında da həmin müəssisələrin istifadəyə verilməsi planlaşdırılır»-deyə, nazir qeyd edib.