YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Albaniyalı nazir: TAP layihəsinin icrası intensiv mərhələdədir

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsinin icrası artıq intensiv mərhələdədir.

Bu sözləri ölkənin infrastruktur və energetika naziri Damian Gjiknuri ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Sue Saarnio ilə görüşdə deyib.

“TAP layihəsinin həyata keçirilməsi artıq intensiv mərhələdədir. Biz İon-Adriatik qaz boru kəməri (Ionian-Adriatic Pipeline - IAP) layihəsini reallaşdırmaq üçün qonşu ölkələrlə sıx əməkdaşlıq edirik. Həmçinin enerji mənbələrinin şaxələndirilməsi çərçivəsində biz Albaniyanın qazlaşdırılması üçün master planı başa çatdırmışıq”, - deyə D.Gjiknuri bildirib.

Görüşdə Avropanın enerji təhlükəsizliyinin artırılması, Cənub Qaz Dəhlizi və TAP boru kəmərinin inşası çərçivəsində ABŞ ilə əməkdaşlığın dərinləşməsi məsələləri əsas müzakirə mövzusu olub.