YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qriqori Osovoy: Azərbaycanda xalq-hakimiyyət birliyi var

Azərbaycanda xalq-hakimiyyət birliyi var. Azərbaycan dövləti insanların həyatını yaxşılaşdırmağı özünün əsas məqsədi hesab edir. Bu ölkədə iqtisadi, sosial, idman sahələrində və digər sahələrdə inkişaf aydın görünür. Bu inkişaf təqdirəlayiqdir. Biz Prezident İlham Əliyev ilə görüşümüz zamanı Azərbaycanın dinamik inkişafı barədə eşitdiklərimizin şahidi olduq.

Bu fikirləri fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V qurultayında iştirak edən Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Qriqori Osovoy jurnalistlərə müsahibəsində deyib.

Sədr vurğulayıb ki, Azərbaycanın ərazisinin bir hissəsi işğal altında olsa da, ölkədəki sabitlik inkişafa müsbət təsir edir. Dünya iqtisadiyyatının çətin vəziyyətlə üzləşməsinə baxmayaraq, Azərbaycanda işsizliyin səviyyəsi minimuma endirilib, əməkhaqqı mütəmadi olaraq artırılır. Bu, ölkənin iqtisadi inkişafının daha bir göstəricisidir.