YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rusiya Prezidenti MDB ölkələrinin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin MDB-nin iştirakçısı olan ölkələrin təhlükəsizlik və xüsusi xidmət orqanlarının rəhbərləri ilə görüşüb.

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev görüşdə iştirak edib.

V.Putin terrorizmə qarşı mübarizə sahəsində Rusiya ilə əməkdaşlığa görə MDB ölkələrinin xüsusi xidmət orqanlarının başçılarına təşəkkür edərək deyib: “Terrorizmə qarşı mübarizəyə gəlincə, burada sizə nəsə demək lazım deyil, özünüz hər şeyi bilirsiniz. Bu istiqamətlərdə lazımlı informasiyanı da elə sizdən alırıq. Dünyada bu sahədə nələr baş verdiyini nəzarətdə saxlamaq bizim üçün son dərəcə əhəmiyyətlidir. Dünyada vəziyyət çox gərginləşib. Bizə maraqlıdır ki, Rusiya Silahlı Qüvvələrinin Suriyada yetərincə səmərəli əməliyyatlarından sonra terrorçular hara qayıdacaqlar, qaçıb hara gedəcəklər”.

Daha təhlükəli cinayətkarların reyestrinin yarıdılması istiqamətində işin davam etdiriləcəyinə ümidvar olduğunu bildirən V.Putin deyib: “Terrorizm deyilən beynəlxalq təhlükə ilə yanaşı, yaxşı bələd olduğumuz başqa təhdidlər də var. Terrorçulara qarşı səmərəli fəaliyyət göstərmək üçün bizə bütövlükdə beynəlxalq birliyin ümumi səyləri də lazımdır. Biz daha təhlükəli cinayətkarların reyestrini yaratmağı dəfələrlə təklif etmişik. Amma təəssüf ki, tam və qəti cavab hələ də almamışıq. Amma bizim gördüyümüz birgə işlər də pis deyil. Mən bu işin davam etdiriləcəyinə çox ümid bəsləyirəm”.