YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aleksandr Jilkin: Həştərxan Biznes Mərkəzinin inşasının gələn il başa çatdırılması nəzərdə tutulur

Mən, ilk növbədə, Azərbaycan Prezidenti İlham Əliyevə Rusiyanın Həştərxan vilayətinə göstərilən xüsusi münasibətə, həmçinin son illərdə region ərazisində humanitar, təhsil sahələri və gənclərlə bağlı layihələr çərçivəsində görülmüş işlərə görə təşəkkürümü bildirmək istəyirəm.

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bu sözləri dekabrın 19-da Həştərxan Biznes Mərkəzinin Bakıda təməlqoyma mərasimində jurnalistlərə müsahibəsində söyləyib.

Qubernator deyib: “Ölkələrimizin iqtisadi münasibətlərində dinamik inkişaf müşahidə olunur. Rusiya biznesi Azərbaycana böyük maraq göstərir və Azərbaycan tərəfi ilə qarşılıqlı fəaliyyətə önəm verir. Həştərxanda Azərbaycan Biznes Mərkəzi inşa edilir. Biz Azərbaycan tərəfinə müraciətlə Bakıda Həştərxan Biznes Mərkəzinin tikilməsi üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdik. Bizi dəstəklədiyinə görə Azərbaycan rəhbərliyinə minnətdarıq. Gələn il başa çatdırmağı nəzərdə tutduğumuz bu layihə Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcək”.

Rusiya-Azərbaycan əməkdaşlığından danışan Aleksandr Jilkin qeyd edib ki, ölkələrimizin iqtisadiyyat, təhsil, səhiyyə və digər sahələrdə yaxşı qarşılıqlı əlaqələri var. Biz iqtisadi münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndiririk. Həm Həştərxanda, həm də Bakıda yaradılan biznes mərkəzləri ölkələrimiz üçün mühüm logistik qovşaq rolu oynayacaq.