Xəbərlər
Neft Fondu bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il dövlət büdcəsinə 4,8 milyard manat transfert edib.
Bu barədə sorğusuna cavab olaraq ARDNF-in ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.
Qeyd edilib ki, cari ilin yanvar-oktyabr aylarında Dövlət Neft Fondu tərəfindən dövlət büdcəsinə transfert 4 milyard 801 milyon manat, Mərkəzi Banka isə 2 milyard 448,3 milyon manat məbləğində olub.
Xatırladaq ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin 7 milyard 615 milyon manatını (43,5 faiz) ARDNF-in transfertləri təşkil edib. 2003-2016-cı illərdə isə ARDNF tərəfindən dövlət büdcəsinə ümumilikdə 71,5 milyard manat vəsait transfert olunub.