YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mariya Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir

Biz çox istəyirik ki, bu problemli məsələ nizamlansın. Nə qədər tez olsa, bir o qədər yaxşıdır. Təbii ki, dəfələrlə barəsində danışdığımız əsaslar üzərində. Bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən növbəti brifinqdə Dağlıq Qarabağ münaqişəsinə toxunarkən səsləndirib. O qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi Rusiya üçün prioritet mövzudur.

M.Zaxarova Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və Yerevana son səfərini şərh edərək deyib: “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması bizim üçün prioritet mövzulardan biridir, çünki bu mövzu bizə dost olan iki dövlətə, münasibətlərimizi inkişaf etdirdiyimiz xalqlara aiddir. Çox istərdik ki, bu problemli məsələ nəhayət nizamlansın”.