Xəbərlər
Sahil Babayev: Səkkiz ayda Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi 7 faiz artıb
Azərbaycan ilə ABŞ arasında ticarət dövriyyəsi son 8 ayda 7 faiz artaraq 416 milyon dollara çatıb.
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev oktyabrın 16-da Bakıda keçirilən Azərbaycan-ABŞ biznes-forumunda deyib.
"Azərbaycanda 235 ABŞ şirkəti fəaliyyət göstərir. ABŞ-ın Azərbaycana yatırdığı investisiyaların həcmi 12,7 milyard dollara bərabərdir, Azərbaycanın ABŞ-a yatırdığı investisiyaların həcmi isə 3 milyard dollara çatıb" , - deyə nazir müavini qeyd edib.