YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe görə bilmirik

«Cənubi Qafqaz çox mürəkkəb regionlardan biridir. Lakin Azərbaycan dövlətinin siyasəti bundan ibarətdir ki, regionda sülh, sabitlik, təhlükəsizlik olsun». Bu fikirləri Milli Məclisin deputatı Flora Qasımova deyib.

F.Qasımova bildirib ki,  Azərbaycanın xarici siyasətində  əsas prinsip dövlətlərlə, o cümlədən qonşularla sıx dostluq münasibətlərini, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

«Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe görə bilmirik. Torpaqlarımızın 20 faizi işğal altındadır. Beynəlxalq təşkilatlar bu barədə sənədlər qəbul etsələr də, işğalçı Ermənistana qarşı heç bir addım atılmır. Bu da işğalçını qeyri-konstruktiv mövqeyini davam etdirməyə sövq edir»- deyə, deputat qeyd edib.