YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Erməni tərəfi anlayır ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb

«Ermənistanın təxribatlara əl atmasında ölkəsindəki daxili problemlərlə yanaşı, başqa məqamlar da var». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, ermənilər hər vəchlə çalışırlar ki, təmas xəttinə, Azərbaycan-Ermənistan sərhədinə beynəlxalq müşahidəçiləri gətirərək işğal olunmuş ərazilərdə arxayın otursunlar.

«Erməni tərəfi anlayır ki, Azərbaycanın hərbi qüdrəti xeyli artıb və biz onları süpürüb torpağımızdan kənara ata bilərik. Ermənilərin ümidi bir tərəfdən forpostu olduğu dövlətə, digər tərəfdən isə təmas xəttinə müşahidəçilər, araşdırma missiyası yerləşdirməklə özlərini sığortalamağa qalıb. Ermənistanın indiki iqtidarı Azərbaycan torpaqlarını işğal, azərbaycanlılara qarşı soyqırımı törətməklə İrəvanda hakimiyyəti zəbt edib və bundan özlərinin varlanmağı üçün istifadə edirlər. Belə olan halda təbii ki, xalqın sosial problemlərdən diqqətini yayındırmaq üçün onların hərbi vəziyyətdən istifadə etmələri də heç kimə sirr deyil»- deyə, politoloq qeyd edib.