YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Erməni təcavüzü nəticəsində 300 min uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır

«Uşaqların qorunması məsələsinə Azərbaycanda xüsusi diqqət yetirilir». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil edir. onun sözlərinə görə, Azərbaycanda uşaqlara qayğı ildən-ilə artır.

«Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqların hüquqlarının pozulub. Ermənistanın işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 300 mindən çoxu uşaqlardır. Yəni bu gün 300 min uşaq qaçqın və məcburi köçkün həyatı yaşayır. Dünya ictimaiyyəti bu vəziyyətə münasibət bildirməli, uşaqların da doğma torpaqlarında yaşamaq hüquq bərpa edilməlidir»- deyə, komitə sədri vurğulayıb.