YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Qətər arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ilk iclası keçiriləcək

2016-cı ildə yaradılmış Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ilk iclası Bakıda keçiriləcək.

Fevralın 11-14-də Qətərə Azərbaycanın ixrac missiyası təşkil ediləcək. İxrac missiyası süd və süd məhsulları, ət və ət məhsulları, meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları, çay istehsalı, kosmetologiya məhsulları, kimya məhsulları, digər sənaye məhsullarını əhatə edəcək. Missiyada iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəklər. Müsabiqənin təşkilatçıları İqtisadiyyat Nazirliyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondudur (AZPROMO). İxrac missiyasında iştirak etmək üçün ərizə, sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar yanvarın 16-dək AZPROMO-ya təqdim edilməlidir.