YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Ermənistan beynəlxalq humanitar hüququ kobudcasına pozur

«Ermənistanın işğalçılıq mövqeyi, Cenevrə Konvensiyasına zidd addımları beynəlxalq humanitar hüququn kobudcasına pozulmasının göstəricisidir». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, ötən ilin aprel döyüşlərindən sonra Azərbaycan qarşısında rəzil vəziyyətə düşən Ermənistanın cinayətkar hakimiyyəti bununla ölkə daxilində ictimai rəyi öz tərəfinə çəkməyə çalışır.

«Beynəlxalq təşkilatların mövqeyi isə laqeydliyin, ikili standartların göstəricisi olub, silahlı toqquşmanın yenidən alovlanmasına şərait yaradır. Ona görə də bundan sonra ola biləcək gərginlik üçün bütün məsuliyyət Ermənistanın indiki hakimiyyətinin və müvafiq beynəlxalq təşkilatların üzərinə düşür»- deyə, M.Qasımlı qeyd edib.