YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Başa vurduğumuz 2016-cı ildə Azərbaycan dövlətinin balanslı, tarazlaşdırılmış xarici siyasət kursu uğurla davam etdirilib

«Başa vurduğumuz  2016-cı ildə Azərbaycan dövlətinin balanslı, tarazlaşdırılmış xarici siyasət kursu uğurla davam etdirilib». Bu fikri Milli Məclisin deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, bu siyasətə çeviklik, hücum taktikası da əlavə edilib və nəticədə Azərbaycan 2016-cı ildə o ənənəvi müstəqil xarici siyasət kursunu həyata keçirməkdədir.

«Bizim hər hansı bir dövlət ilə ikitərəfli əlaqələrimiz heç bir halda üçüncü tərəfin əleyhinə yönəlməyib. Bəzən müəyyən dövlətlər tapılır ki, bizim hər hansısa bir dövlətlə münasibətlərimizə qısqanclıqla yanaşır, bunu özünün əleyhinə hesab edir. Halbuki, hamı bilir ki, Azərbaycan Prezidenti müstəqil siyasət aparır və bu siyasət xalqın, millətin mənafeyinə söykənir. Balanslaşdırılmış xarici siyasət kursu bundan sonra da davam etdiriləcək»- deyə, E.Nəsirov qeyd edib.